Gecələr ağzınız açıq yatırsınız?

Gecələr ağzınız açıq yatırsınız?
03:38 27 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Gecələr burundan nəfəs almır, ağzı açıq yatırsınızsa, xoruldayır və öz səsinizə oyanırsınızsa, səhərlər yorğunluq hiss edirsinizsə, mütləq qulaq, burun, boğaz mütəxəssisinə müraciət etməlisiniz. Qulaq, burun, boğaz mütəxəssisi Eren Taştan burun tıxanmasının yuxu problemlərinə səbəb olduğu və yorğunluq kimi həyat keyfiyyətini aşağı salan problemlərə yol açdığını deyib.

Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, burun tıxanması uzunmüddətli ürək narahatlıqlarına da yol açır. Həkimin sözlərinə görə, burun tıxanmasını çoxları keçici üsullarla aradan qaldırmağa çalışırlar. Lakin uzun müddət davam edərsə, bu, ürəyi yoraraq xəstəliklərə yol aça bilər. Burun tıxanmasının yaranmasının digər səbəbi allergik soyuqdəymə və infeksiyalardır.

Polip kimi kütlələr burnu tamamilə bağlaya bilir. Soyuqdəymə, qrip və sinusit kimi infeksiyalar da qısa müddətli burun tıxanmasına gətirib çıxarır. Burun ətlərinin olması isə gecələr ağzı açıq yatmağa və burundan deyil, ağızdan nəfəs almağa səbəb ola bilər.

Sümükdə və ya qığırdaqda əyrilik varsa və xəstənin şikayətləri də buna bağlıdırsa, problemin yeganə həlli cərrahi üsuldur. Xroniki sinusit olan xəstələrdə ilk növbədə tibbi müalicə tətbiq olunur.

Bu problem allergik və soyuqdəymə nəticəsində yaranırsa, müxtəlif dərmanlardan istifadə edilir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/102014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR