İsraildə yanğınlar nəticəsində 132 nəfər xəsarət alıb

İsraildə yanğınlar nəticəsində 132 nəfər xəsarət alıb
09:27 27 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin Hayfa şəhərində ən azı 132 sakin yanğınlar zamanı xəsarət alıb.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, onların hamısı xəstəxanaya yerləşdirilib, əksəriyyəti isə artıq xəstəxananı tərk edib.

Zərərçəkənlərin problemləri, əsasən, tüstüdən zəhərlənmə ilə bağlıdır və onların sağlamlığına və həyatına risk daşımır.

İsrailə yanğınların söndürülməsi üçün İtaliya, İspaniya, Türkiyə, Azərbaycan, Xorvatiya, Kipr, Yunanıstan, Rusiya öz təyyarələrini göndərib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR