“Qəbələ”: 13 oyun, 12 qələbə

“Qəbələ”: 13 oyun, 12 qələbə
09:57 27 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar baş tutub. Fanat.Az xəbər verir ki, “Qəbələ” futbol akademiyasının komandaları 13 matç keçirib.

 

"Qırmızı-qaralar" bu görüşlərin 12-də qalib gəlib və yalnız 1-də heç-heçə edib.

 

"Qəbələ"nin U-19 komandası səfərdə “Vətən”i 2 cavabsız qolla məğlub edib. 10 oyundan sonrakı aktivini 22 xala çatdıran “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb.

 

U-17 “Kəpəz”lə ev oyununda 6:0 hesabı ilə qalib gəlib. “Qəbələ” 8-ci turdan sonra 20 xala 2-cı yerdədi.

 

U-15 evdə “Gəncə TİM”ə qalib gəlib – 3:0. Ardıcıl 7-ci dəfə qalib gələn komanda 100 faizlik nəticə ilə yarışın vahid lideridi.

 

"Qəbələ"nin paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13 komandaları da növbəti matçlarına çıxıblar. “Qarabağ”a 5:0 hesabı ilə qalib gələn U-14 mövsümdə 8-ci qələbəsini əldə edib. 9 oyunda 24 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb.

 

“Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gələn U-13-ün aktivində 9 oyundan sonra 16 xal var. Komanda 6-cı yerdədi.

 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "Qəbələ" bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” UGİM-i (Ağdaş) 9:0, UGİM isə “Şorsu-2”ni 6:1 hesabı ilə məğlub edib. 8 turdan sonra “Qəbələ” 24 xalla 1-ci, bir oyun az keçirən UGİM 22 xalla 3-cüdü.

 

U-11 Liqasında UGİM “Viktoriya”nı 13:0, “Qəbələ” UGİM “Rabitəçi”ni (Yevlax) 12:0 hesabı ilə üstələyib. İtkisiz liderlik edən "Qəbələ"nin komandalarının hər ikisi 8 turdan sonra 24 xal toplayıb.

 

U-10 Liqasında “Qəbələ” “Daşqın”a 22:0, Gİİ isə “Balakən”ə 6:0 hesabı ilə qalib gəlib. UGİM isə Qaxın UGİM-i ilə heç-heçə edib - 1:1. 8 turdan sonra “Qəbələ” 24 xalla 1-ci, Gİİ 18 xalla 2-ci, UGİM 13 xalla 6-cıdı.

 

Qızların yüksək liqa yarışının 7-ci turunda “Zaqatala” ilə görüşən “Qəbələ” 3:2 hesabı ilə qələbə qazanıb. 6 matçda 13 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbl-13-oyun-12-qlb-t54484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR