Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv
edilib.
Publika.az-ın Müdafiə
Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın
26-sı axşam saatlarında cəbhənin Füzuli rayonu istiqamətində
Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə
cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş
aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar
olunaraq atəşlə məhv edilib.