İŞİD Suriyada kimyəvi silahdan istifadə edib

İŞİD Suriyada kimyəvi silahdan istifadə edib
11:37 27 Noyabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçuları Türkiyə ordusunun "Fərat qalxanı" əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusuna qarşı əl-Bab ətrafında kimyəvi silah tətbiq edib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Əl-Bab ətrafın İŞİD terrorçuları tərəfindən atılan mərmidən sonra müxalif Azad Suriya Ordusunun 22 döyüşçüsünün gözlərində və bədənlərində kimyəvi qazın təsirinə məruz qalma əlamətləri müşahidə edilib.

Onlar Türkiyənin Kilis şəhərinə gətirilərək xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hazırda Türkiyə ordusunun zirehli birlikləri və xüsusi təyinatlılarının dəstəyi ilə müxalif Azad Suriya Ordusu İŞİD-in Suriyada ikinci əsas mərkəzi sayılan əl-Bab şəhərinin azad edilməsi üçün əməliyyat keçirir.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR