Həftənin ilk iş günü üçün HAVA PROQNOZU

Həftənin ilk iş günü üçün HAVA PROQNOZU
12:29 27 Noyabr 2016
287 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə  2-5° isti, gündüz  7-11° isti, Bakıda gecə  2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 50-55 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, sabah rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11° isti, dağlarda gecə  0-5° şaxta, gündüz  5-10° isti  olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260691

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR