Narkotik bitkilər əkib-becərən şəxs tutuldu

Narkotik bitkilər əkib-becərən şəxs tutuldu
13:19 27 Noyabr 2016
157 Digər
Ölkə mətbuatı
A- A+

Göygöldə qanunsuz olaraq narkotik tərkibli bitki əkib becərən və saxlayan şəxs saxlanılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun  Balçılı kənd sakini 1955-ci il təvəllüdlü İlqar Əliyev şübhəli şəxs kimi saxlanılıb.

 

Onun üzərinə baxış zamanı cibindən 45 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Dindirilmə zamanı İ. Əliyev yaşadığı evin həyətində də narkotik tərkibli bitkilər əkib becərdiyini, həmçinin kəndin yaxınlığında olan çaydan yabanı halda bitən çətənə kolları topladığını bildirib. Saxlanılan şəxsin evinə baxış zamanı bir neçə kisə qurudulmuş marixuana və xaş-xaş toxumları aşkar olunaraq götürülüb. İlqar Əliyev bir ildir ki, narkotik tərkibli bitkilər əkib becərdiyini deyib.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR