İraqda daha 7 bölgə İŞİD-dən azad olundu, 19 yaraqlı öldürüldü

İraqda daha 7 bölgə İŞİD-dən azad olundu, 19 yaraqlı öldürüldü
14:12 27 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

İraq ordusu Mosulun İŞİD-dən azad edilməsi əməliyyatının gedişində daha 7 bölgəni geri alıb və 19 yaraqlını məhv edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yaraqlılardan 4-ü beynəlxalq koalisiyanın şəhərin cənubundakı Eş-Şəmsiyyat kəndində terrorçuları daşıyan avtomobilə endirdiyi hava zərbəsi nəticəsində, 6-sı hökumət qüvvələrinin Cilyuhan kəndində apardıqları əməliyyatların gedişində öldürülüb. Diclənin şərqində həyata keçirilən əməliyyatda isə 9 terrorçu və bomba yüklü bir avtomobil zərərsizləşdirilib.

İraq Müdafiə Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, ordu hissələri Mosulun şimalında yerləşən əl-Qahirə məhəlləsinin təxminən üçdəbirini, qərb istiqamətində isə 6 kəndi geri alıb.
Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı artıq 40 gündür ki, davam edir. Əməliyyatlara ABŞ başda olmaqla beynəlxalq koalisiyanın döyüş təyyarələri dəstək verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR