I divizionun məhsuldar oyunları

I divizionun məhsuldar oyunları
15:07 27 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan I divizionunda birinci dövrəyə yekun vurulub. Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, sonucu – XIII tur “Səbail” – “Bakılı” qarşılaşmasındakı məhsuldarlıqla əlamətdar olub. 


Meydan sahiblərinin 11:3 hesabı ilə qalib gəldiyi matçda azarkeşlər 14 qol görüb. Bu, əvvəl Birinci Dəstə adlanan aşağı liqa tarixində ən məhsuldar 4 oyundan biridir. Sonuncu dəfə 14 və ya daha çox qolun vurulduğu matç 2000/01 mövsümündə yaşanıb. OİK (Bakı) və “Lokomotiv” (İmişli) arasında görüşdə rekord sayda – 17 qol vurulub. Meydan sahiblərinin 13:4 hesablı qələbəsi I divizion tarixinə ən məhsuldar oyun kimi düşüb. 


Ən böyükhesablı qələbə isə 1993/94 mövsümündə qeydə alınıb. “Metallurq” (Sumqayıt) “Göytəpə” (Göytəpə) ilə görüşdə rekord vurub – 15:0. Həmin mövsüm sumqayıtlıların daha bir oyununda yüksək məhsuldarlıq yaşanıb. “Metallurq” 14 qolun vurulduğu görüşdə “Şirvan”ı (Ağdaş) məğlub edib – 13:1. 


Qeyd edək ki, bir komandanın “Səbail” – “Bakılı” oyunundakı kimi 11 və ya daha çox qol vurduğu sonuncu matç ötən mövsümə təsadüf edib. “Neftçala” (Neftçala) səfərdə “Energetik”i (Mingəçevir) 12:0 hesabı ilə məğlub edib. Ən azı 9 top fərqinin qeydə alındığı son matç isə cari mövsümdə yaşanmışdı. “Zaqatala” elə “Energetik”in qapısından 10 cavabsız top keçirib.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-i-divizionun-mhsuldar-oyunlar-t54491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR