"Neftçi" və "Kəpəz" rəhbərliyi arasında - qalmaqal

"Neftçi" və "Kəpəz" rəhbərliyi arasında -   qalmaqal
15:27 27 Noyabr 2016
147 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqanın XIII turunun “Kəpəz” – “Neftçi” oyunu zamanı tribunada gərginlik yaşanıb.


Qol.az-ın xəbərinə görə, mərkəzi tribunada əyləşən “Neftçi” klubunun əməkdaşları ilə yerli azarkeşlər arasında mübahisə düşüb. Bundan sonra polislər qonaq komandanın nümayəndələrini “Neftçi” azarkeşlərinin oturduğu tribunaya göndəriblər.


Bu isə fəxri qonaqlar üçün yerdə əyləşən “Neftçi”nin vitse-prezidenti Orxan Hüseynzadə və müavini Elnur Eyvazovun etirazına səbəb olub. Onlar oranı tərk edərək komandasının fanatlarının oturduğu yerə gediblər.


Bəzi məlumatlara görə, matçı tribunadan canlı izləyən Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə "Neftçi" rəsmiləri arasında da mübahisə yaranıb. 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-v-quotkpzquot-rhbrliyi-arasnda-t54492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR