Xərçəng xəstəliyinə səbəb olan "Fast food" - REPORTAJ - FOTO

Xərçəng xəstəliyinə səbəb olan "Fast food" - REPORTAJ - FOTO
16:05 27 Noyabr 2016
138 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsan həyatı üçün qidalanma hər mənada önəmlidir. İnsan hərəkət etdikcə enerji xərcləyir. İtirilən enerjini ancaq qidalanma ilə bərpa etmək olar. Məşhur bir sözdə deyildiyi kimi, "Yemək üçün yaşamaq lazım deyil, yaşamaq üçün yemək lazımdır". Bəs insanlar yaşamaq üçün nə yeyirlər?

Müasir dövrün gəncliyi çox sürətli bir həyat yaşayır. Gənclər hər zaman harasa tələsirlər, gecikirlər, hər şeyin tez alınmasını istəyirlər. Buna görə də, yemək yeyərkən də tələsirlər. Ayaqüstü bir şeylər yemək bu səbəbdən ümumi bir vərdişə çevrilib.

ABŞ-da satışına başlanan və bütün dünyaya sürətlə yayılan "Fast food" yeməklərə böyük rəğbət var. Bu da çox yaxşı qazanc mənbəyi deməkdir. Adından da bəlli olduğu kimi "Fast food" yeməklər tez-tələsik, çox vaxt aparmadan hazırlanan qidalara deyilir. "Fast food" adlandırılan qidalara hamburger, dönər, lahmacun, qızardılmış kartof, qızardılmış toyuq, pizza, tost, qazlı içkilər və s. daxildir.

Bu qida menyusu ölkəmizdə də yetərincə var və getdikcə də artır. Hətta paytaxt Bakının elə yerləri var ki, orada yan-yana 10 dönər evi görmək olur. Bu da tələbatın nə qədər çox olduğunun sübutudur. 
İllərdir ki, həkimlər bu qidaların insan sağlamlığı üçün çox zərərli olduğunu desələr də, nə "Fast food" sektoru çökür, nə də bu qidanı sevənlər azalır. Səhərdən axşama kimi işləməli olan valideynlər vaxt azlığından tez-tez "Fast food"lara müraciət edirlər. Bu isə həm valideyn, həm də uşaqlar üçün istənilməz nəticələrə səbəb olur. 
"Fast food" məhsullarındakı yağlar heyvan mənşəlidir. Bu qidaların əksəriyyətində isə doymuş yağlar var. Həmçinin insan orqanizmi və maddələr mübadiləsi üçün çox zərərli olan konserogen maddələr, çoxlu miqdarda duzlar bu qidaların tərkibində olur. 

"Fast food"lar hazırlanarkən bəzən keyfiyyətsiz məhsullardan istifadə olunur. Bunlar isə bir çox ciddi xəstəliklər - mədə və bağırsaq xərçənginin yaranmasına səbəb ola bilir.  
Dönər evlərində belə bir sual verilir: "Dönər ətlə olsun, ya toyuqla?" Toyuq əti deyəsən, ət sayılmır, ya da "ət" dedikləri nədirsə, o mal əti deyil. Müxtəlif ölkələrdən donmuş halda gətirilən və hansı heyvana məxsus olduğu bilinməyən ətlər hazırda bizə yedirilir. 
Bu qidaların satıldığı məkanlarda istifadə olunan yağlar demək olar ki, dəyişdirilmədən təkrar-təkrar istifadə olunur. Yağlar uzun müddət qaynadıldıqda onlarda konserogen maddələr əmələ gəlir. Bu maddələr xərçəng şişi törətməyə meylli olur. 

Qida sektoruna ciddi nəzarət olmadığı üçün heç nəyə əmin olmaq olmur. "Fast food" trans yağlarla zəngin olduğu üçün istər mədə-bağırsaq, qaraciyər, istərsə də ürək-damar, mübadilə pozğunluqlarına yol aça bilir. Bu da piylənməyə, şəkərə, öd yolunda xərçəngə gətirib çıxara bilər. 
"Fast food"dan davamlı istifadə edilirsə, bu, orqanizm üçün zərərlidir, ciddi problemlər yaradır. Əgər həftədə 2-3 dəfə yeyilərsə, heç bir zərər verməz. Amma qida rejimi "Fast food" üzərində qurularsa, gündə bir neçə dəfə istifadə olunarsa, bu, şişmanlığa gətirir.

Amerika Birləşmiş Ştatları "Fast food"ların ən çox istifadə edildiyi ölkə hesab olunur. Ölkədə restoranlarda təqdim olunan qidaların 50 faizindən çoxunu hamburgerlər tutur. Bu səbəbdən də "Fast food" ABŞ vətəndaşlarının sevimli qidası hesab olunur. Elə bu səbəbdəndir ki, ölkə əhalisinin böyük bir hissəsi artıq çəkidən əziyyət çəkir. 

Ən böyük "Fast food" restoranı isə "McDonalds" şəbəkəsidir. Bu şəbəkə bütün dünyanı ələ alıb. Ona ən yaxın rəqib isə "KFC" və "Burger King" kimi "Fast food" restoranlarıdır. 
Reportajımız zamanı qarşımıza çıxan gənclər arasında da sorğu keçirdik. Məlum oldu ki, hər 10 gəncdən 9-u "Fast food"a üstünlük verir. Onların böyük hissəsini tələbələr təşkil edir. 
BDU-nun tələbəsi olan Ayşən Səfərova hər gün universitetə gedərkən azı 1 ədəd dönər aldığını dedi:"Tələsirəm və ən tez başa gələn yemək bu sayılır. Dərsdən çıxanda da ac oluruq. Bu zaman daha normal yemək yeməyə üstünlük verirəm". 

Montreal Universitetində aparılan bir araşdırma nəticəsində "Fast food" məhsulların beynin funksiyalarına mənfi təsir etdiyi bəlli olub. Bu da depressiya və digər problemlərə gətirib çıxarır. 
Bu yazımızda "Fast food"un insan sağlamlığına vurduğu ziyanların bir hissəsindən bəhs etdik. Çalışın qida menyunuzda ev yeməklərini əksik etməyin. 

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR