"Türk Hava Yolları" 40-dan artıq reysi təxirə salıb

"Türk Hava Yolları" 40-dan artıq reysi təxirə salıb
10:08 6 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

"Türk Hava Yolları" aviaşirkəti yanvarın 6-da ümumilikdə 44 daxili və xarici reysi təxirə salıb. Bu barədə çərşənbə axşamı Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər verir.

Uçuşların təxirə salınmasının səbəblərindən biri İstanbulda yağan güclü qar olub.

Şirkət Budapeşt və Cenevrəyə uçuşları da təxirə salıb.

Qeyd edək ki, dünən "Türk Hava Yolları" Antalya, Budapeşt, Zaqreb və Tel-Əvivə uçuşları təxirə salmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2350085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR