8 oyun, 14 il və ya 5387 gün sonra gələn qələbə

8 oyun, 14 il və ya 5387 gün sonra gələn qələbə
18:09 27 Noyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XIII turu çərçivəsində baş tutan “Kəpəz” – “Neftçi” oyunu birincilərin qələbəsi ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, 2:0 hesablı qələbə qazanan Gəncəlilər 8 oyunluq uğursuz seriyaya son qoyublar.

 

Belə ki, “ağ-qaralar” üzərində sonuncu ev qələbəsini 14 il 9 ay əvvəl qazanmış Şahin Diniyevin yetirmələri 2002-ci il fevralın 27-də baş tutan oyunda 2:1 hesabı ilə qalib gəlmişdilər.

 

Aradan keçən 8 oyunda 3 xala həsrət qalan qərblilər 6 dəfə məğlubiyyətlə üzləşib 2 dəfə isə heç-heçə ediblər.

 

Gəncəlilər düz 5387 gündən sonra doğma azarkeşlər önündə qələbəyə seviniblər.

 

Qeyd edək ki, “Kəpəz” bu müddətdə evdə qalib gələ bilməsə də, səfər oyunlarında 3 xala sevinmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR