Premyer Liqada daha bir oyun keçirilib

Premyer Liqada daha bir oyun keçirilib
18:32 27 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.
"Report"un məlumatına görə, turun ikinci oyununda AZAL "Sumqayıt"ı qəbul edib.
İlk hissə qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda fərqlənmək üçün bir neçə imkan əldə edib. Lakin sevinən tərəf meydan sahibləri olub. AZAL-ın heyətində Nuqzar Kvirtiya 38-ci dəqiqədə hesabı açıb. İlk hissə bu hesabla da başa çatıb.
İkinci hissədə komandaların fərqlənmək istəkləri boşa çıxıb. Oyunun sonlarında Adan Koronado rəqib futbolçuya qarşı cərimə meydançası daxilində kobud oynayıb. Baş hakim Ramil Diniyev bunu penalti kimi qiymətləndirib. Koronado isə həm kobudluğa, həm də etiraza görə cəzalandırılıb. Futbolçu qırmızı alaraq meydandan qovulub. Qarşılaşma 1:1 hesabi ilə başa çatıb.
Bu oyundan sonra AZAL xal ehtiyatını 6-ya çatdırıb. Lakin bu qələbə də "təyyarəçilər"in sonuncu pillədən xilas olmasına kömək etməyib. "Sumqayıt" isə 14 xalla 6-cıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/premyer-liqada-daha-bir-oyun-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR