Samir Abbasov təəssüflənir

Samir Abbasov təəssüflənir
18:47 27 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premer Liqanın 13-cü turunda AZAL-la səfər oyunu (1:1) ilə bağlı fikirlərini bildirib.


Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında o bildirib ki, autsayderlə oyunda 2 vacib xal itirdikləri üçün təəssüflənir. Onun fikrincə, gələcəkdə itirilən xalların ağrısını yaşayacaqlar. S.Abasovun sözlərinə görə, komandasının hədəfi 3 xal qazanmaq olub: “Belə oyunlarda xal itirmək istəməzdik. Ancaq məğlubiyyətdənsə 1 xal qazanmaq da yaxşıdır. Bu gün çox çalışdıq. Bunun da bəhrəsini gördük, xal qazandıq”.


Gənc məşqçi bildirib ki, birinci hissədə komandası çox top itkisinə yol verib: “Bizim cinah müdafiəçilərimiz hücuma qoşulsa da, sonda topu rəqib müdafiəçilərə verib geri qayıdırdılar. Bu üzdən hücumlar təhlükəli alınmırdı”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-samir-abbasov-tssuflnir-t54500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR