"Pillə-pillə, bir ayaqla irəliləyirik"

"Pillə-pillə, bir ayaqla irəliləyirik"
19:05 27 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Komanda mübarizə apardı. Amma futbolun yazılmamış qaydaları var. Sən hücum etməsən, rəqibin qol vuracaq

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 13-cü turunda "Sumqayıt"la oyunda (1:1) sonra deyib. O bildirib ki, bir xal qazanmalarından narazı deyil: "Bir xal da xaldır. Pillə-pillə, bir ayaqla irəliləyirik. Qış fasiləsində yeni oyunçular gəldikdən sonra daha yaxşı olacağına inanıram".

T.Əhmədov deyib ki, İlqar Ələkbərovun oynamaması AZAL-ın işini çətinləşdirib.

O, AZAL-ın ikinci hissədə müdafiəyə çəkilməsinə də toxunub: "Özümə də qaranlıq qaldı ki, oyunçular niyə geriyə çəkildilər. Həmişə hücum futbolu oynatmışam. Həmişə onlara deyirəm ki, hücum edin. Yəqin bacardığımız budur".
 
T.Əhmədov bir azarkeşlə aralarındakı insidentə də toxunub. Bildirib ki, əslində ciddi heç nə baş verməyib: "Sadəcə, Rəşad Abdullayevin ünvanına etik olmayan ifadələr işlətdi. Meydança körpə uşaqlar var idi. Bu cür ifadələr etik deyil". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR