Masallıda silsilə oğurluq edən şəxslər saxlanılıb

Masallıda silsilə oğurluq edən şəxslər saxlanılıb
19:37 27 Noyabr 2016
227 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 noyabr. REPORT.AZ/ Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən şəxslər saxlanılıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Kamran Hüseynov bu ilin fevralında Musaküçə kənd sakini Əlvan Heydərova məxsus yaşayış evinə gizli daxil olaraq oradan 3.200 rus rublunu və 220 manatı oğurlayıb. Bundan əlavə o, aprelin 28-də, axşam saatlarında rayonun Türkoba kənd sakini Vüqar Hacıyevə məxsus yaşayış evinə gizli daxil olaraq 1.850 manat pulu oğurlayıb.
Kamran Hüseynov həmçinin iyunun 26-da dostu Fariq İbrahimovla qabaqcadan əlbir olaraq rayonun Mollaoba kənd sakini Seyfəl Baxşəliyeva məxsus yaşayış evindən 350 ABŞ dolları, 150 manat pulu və qızıl-zinət əşyalarını oğurlayıb. Daha sonra Masallı şəhəri Dadva məhəlləsində yaşayan Həbib Həşimova məxsus fərdi yaşayış evinə gizli daxil olaraq 3500 manat pulu, Ərkivan qəsəbə sakini Coşqun Bədəlova məxsus fərdi yaşayış evindən 300 manat pulu və 3300 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Masallı polisi tərəfindən saxlanılan K. Hüseynovun üzərindən 2,940 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Toplanmış materiallar üzrə cinayət işi açılıb. Araşdırmalar davam edir.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/masallida-silsile-ogurluq-eden-sexsler-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR