Emma və Evan nişanlandı - FOTO

Emma və Evan nişanlandı - FOTO
19:47 27 Noyabr 2016
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

25 yaşlı aktrisa Emma Roberts və 29 yaşlı aktyor Evan Piters yenidən nişanlanıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ikinci dəfə nişanlanan cütlük bu barədə özü rəsmi açıqlama verməsə də, amma çəkilişlər zamanı Emmanın barmağında üzük görünüb.

Cütlük 2012-ci ildən görüşür. 2013-cü ildə onlar ilk dəfə nişanlanıblar. Lakin 2015-ci ilin iyununda münasibətlərinə son qoyublar.

Bir-birindən uzun müddət ayrı qalmağa öyrəşməyən Emma və Evan həmin ilin avqustunda yenidən bir araya gəliblər. Tez-tez mübahisə edən sevgililərin bu ilin mayından küsülü olduğu iddia edilirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR