Oğurluqla məşğul olanlar tutulub - FOTO

Oğurluqla məşğul olanlar tutulub - FOTO
20:32 27 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən şəxslər zərərsizləşdirilib.

Milli.Az bildirir ki, bu barədə məlumatı APA-ya Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Anar Xəlilov verib. Onun sözlərinə görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  rayonun ayrı-ayrı yaşayış məntəqələrində  oğurluqda şübhəli bilinən iki nəfər  saxlanılıb. 
 
İlkin araşdırmalardan məlum olub ki, rayon sakini  Kamran Hüseynov bu ilin fevral ayının 1-də özgənin əmlakını ələ keçirmək məqsədilə rayonun Musaküçə kənd sakini Əlvan Heydərova məxsus yaşayış evinə gizli daxil olaraq oradan 3 200 rus rublu  və 220 manat pulu oğurlayıb. Bundan sonra o,  28 aprel 2016-cı il tarixdə axşam saatlarında  rayonun Türkoba kənd sakini Vüqar Hacıyevə məxsus yaşayış evinə gizli daxil olaraq oradan 1 850 manat pulu, iyunun 26-da isə tanışı Fariq İbrahimovla birgə Mollaoba kənd sakini Seyfəl Baxşəliyeva məxsus yaşayış evinə gizli daxil olaraq  oradan 350 ABŞ dolları, 150 manat pulu və qızıl-zinət əşyaların oğurlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Kamran Hüseynov və Fariq İbrahimovun digər bu kimi əməlləri də üzə çıxıb.

Həmçinin Kamran Hüseynov üzərindən 2 940 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 
 
Kamran Hüseynov və Fariq İbrahimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/493594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR