Aktyor Kıvanç tatlıtuğun anası Nurten Tatlıtuğ maraqlı paylaşım edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gəlini Başar Dizeklə yola getməyən qayınana İnstaqram səhifəsində Kıvanç və Tube Büyüküstünün "Cəsur ve güzel" serialdakı öpüşmə səhnəsini yerləşdirib. Dizekə açıq vermək üçün Nurten fotonun altından belə bir status da yazıb:
"İlin ən yaraşıqlı cütlüyüsünüz. Maşallah sizə. Allah sizi qorusun".
Qeyd edək ki, Kıvanç Başarla bu ilin fevralında ailə həyatı qurub. Onlar toylarını Parisdə keçiriblər. Nurten Tatlıtuğun bu evliliyə razı olmadığı və indiyənək gəlini ilə bir araya gəlmədiyi iddia olunur.