Türkiyədə FETÖ istintaqı çərçivəsində 4 hərbçi həbs edilib, 3-ü axtarışa verilib

Türkiyədə FETÖ istintaqı çərçivəsində 4 hərbçi həbs edilib, 3-ü axtarışa verilib
00:52 28 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 noyabr. REPORT.AZ/ Türkiyənin Sivas Cümhuriyyət Baş Prokurorluğunun FETÖ işi ilə bağlı aparılan istintaqı çərçivəsində vilayətin Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən xüsusi əməliyyat keçirilib.
"Report"un məlumatına görə, bu barədə "İhlas" agentliyi xəbər yayıb. 
Məlumata görə, əməliyyat çərçivəsində terror təşkilatına maddi dəstək verdiyi bildirilən 7 hərbçi şübhəli şəxs qismində saxlanılıb. Barələrində saxlanılma qərarı çıxarılan 3 zabit və 1 çavuş isə həbs edilib.
Qeyd edək ki, barələrində həbs qərarı çıxarılan daha 3 şübhəlinin saxlanılması ilə bağlı əməliyyatlar davam edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiyede-feto-istintaqi-cercivesinde-4-herbci-hebs-edilib-3-u-axtarisa-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR