Ukraynalı gimnast: "Azərbaycandan təklif almışam"

Ukraynalı gimnast: "Azərbaycandan təklif almışam"
00:53 28 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

Ukraynalı gimnast, dünya, Avropa və Olimpiya çempionu Oleq Vernyayev Rusiyadan, Azərbaycandan vətəndaşlıq, olimpiya oyunlarında bu ölkələri təmsil etmək barədə təkliflər aldığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə o, "NewsOne" telekanalında efirə gedən "Sizin əsəbləriniz sakitdirmi?" proqramında xəbər verib.

"Mən təkcə həmin ölkələrdən deyil, Almaniyadan da təklif almışam. İndi yenidən bununla bağlı təkliflər gəlir" - deyə o bildirib.

Lakin idmançı Ukraynada qalmaq istədiyini, bu ölkədə gimnastikanı 10 il bundan əvvəlki səviyyəyə qaldırmağa çalışdıqlarını deyib. O, qeyd edib ki, bir neçə il öncə Ukrayna komandası bütün yarışlarda uğurla çıxış edərək medallar qazanıb. (report)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR