Lənkəranda yanğın zamanı iri buynuzlu heyvanlar və ev quşları tələf olub

Lənkəranda yanğın zamanı iri buynuzlu heyvanlar və ev quşları tələf olub
01:07 28 Noyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Girdəni kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünü yanar konstruksiyaları, içərisinə yığılmış 20 ton ot bağlaması və yaxınlıqdakı ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 1 m2 sahədə yanıb.
Yanğın zamanı tövlədə olan 5 baş iri buynuzlu heyvan və sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Yanğın saat 00:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-yangin-zamani-iri-buynuzlu-heyvanlar-ve-ev-quslari-telef-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR