Mədəndə uçqun altından daha bir meyit çıxarıldı - Türkiyədə

02:49 28 Noyabr 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə mis mədənində baş vermiş uçqun nəticəsində itkin düşən daha bir nəfərin meyiti tapılıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, noyabrın 17-də Siirt vilayətinin Şirvan rayonunda mis mədənində baş verən uçqun nəticəsində dağıntılar altında qalan fəhlələrin axtarışı üzrə əməliyyat davam edir.

 

Noyabrın 27-də itkin düşmüş daha bir nəfərin, 28 yaşlı fəhlənin meyiti tapılıb

 

Uçqunun altında daha 4 nəfərin qaldığı bildirilir. Qeyd olunduğu kimi, bundan əvvəl axtarış əməliyyatı nəticəsində 11 fəhlənin meyiti tapılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR