Yuxusuzluqdan əziyyət çəkənlər üçün TEST

Yuxusuzluqdan əziyyət çəkənlər üçün TEST
07:32 28 Noyabr 2016
128 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yuxu dünyadakı bütün canlılar üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də bütün canlılar yatır. Müasir dövrdə hər 3 nəfərdən 1-I həyatının müəyyən dövründə yuxusuzluq problemilə qarşılaşır. Türkiyəli həkim Firuz Çelikoğlunun sözlərinə görə, bu vəziyyət 2 həftədən çox davam edərsə, "insomnia" deyilən yuxusuzluq xəstəliyi ortaya çıxır. Həyatımızın bir parçası olan mobil telefonlar və kompüter ekranlarının parlaq işıqları belə, yuxu hormonu olan melatoninin tarazlığını pozaraq yuxusuzluğa yol açır. Yuxusuzluğa səbəb yalnız bunlardırmı? Siz də gecə yaxşı yatdığınız halda özünüzü yuxulu hiss edirsiniz? Oyandıqda bədəninizi bir neçə dəqiqə hərəkət etdirə bilmirsiniz? Yatmaq üçün yerinizə uzandıqda ayaqlarınız tez-tez qıc olur? Milli.Az lent.az-a istinadən mütəxəssisin bu barədə fikirləri ilə sizi də tanış edir.

İlk növbədə onu bildirək ki, iş saatları, tez-tez edilən səfərlər, şəhərdən-şəhərə köçmələr, tez-tez iş yerini dəyişdirmək kimi faktorlar və həyat stressləri də cəmiyyətdə yuxusuzluğu artıran səbəblərdəndir: "Yaxşı yuxu uşaqlarda beyin inkişafı və fiziki böyüməyə müsbət təsir edir, yetkin yaşda olan insanlarda isə immunitet sisteminə faydası var. Ürək, yüksək təzyiq, nəzarət edilə bilməyən diabet kimi bir çox xəstəliyin başlıca səbəbi də yuxu pozuntularıdır. Hormonal dəyişikliklər də bəzi yuxu pozuntularının əhəmiyyətli səbəblərindən biridir. Bunu da vurğulayaq ki, müasir dövrdə yuxusuzluq yalnız yetkin insanlarda deyil, uşaqlarda da rast gəlinir".
 
Yuxu rejiminizi yoxlamaq üçün bu testi edə bilərsiniz. Aşağıda qeyd edilən maddələri "Bəli" və ya "Xeyr" olaraq cavablandırın.
 
1. Xatırlamadığım halda yatdığım zaman xoruldadığım, burnumun tıxandığı və ya nəfəsimin dayandığı deyilir.
2. Yüksək təzyiqim var.
3. Gecə boyu ürək döyüntüsü və ya ürək titrəməsi hissiylə oyanıram.
4. Gecə yaxşı yatdığım halda gün ərzində özümü yuxulu hiss edirəm.
 5. Avtomobil sürən zaman və ya iş yerimdə həddindən artıq yuxulayıram.
6. Səhər yuxudan yorğun oyanır və bəzən oyandıqda baş ağrısı hiss edirəm.
7. Gün ərzində qarşısını ala bilmədiyim mürgüləmə olur.
8. Yuxuya gedərkən və ya oyanarkən yuxuya bənzəyən səs və ya xəyallar görürəm.
9. Oyandıqda bədənimi bir neçə dəqiqə hərəkət etdirə bilmədiyim anlar olur.
10. Əsəbləşdikdə, təəccübləndikdə və ya qorxu hissi etdikdə qəfil yuxuya daldığım anlar olur.
11. Gecə boyu qol və ayaqlarımda atmalar olduğu və yanımdakı insana dəydiyim deyilir.
12. Yatmaq üçün yerimə uzandıqda ayaqlarımda tez-tez uyuşma hiss edirəm.
13. Çox zaman gecələr ayaqlarımın keyidiyini hiss edirəm, yuxudan oyanıram və bundan xilas olmaq üçün ayağa qalxıb yeriməyə məcbur oluram.
14. Tez-tez qorxulu yuxular görürəm və bundan narahat oluram.
15. Yuxuda olduğum zaman yeridiyim, danışdığım və ya dişlərimi qıcadığım deyilir.
16. İş proqramım dəyişdikdə və ya təyyarə səfərlərindən sonra özümü yorğun və yuxulu hiss edirəm.
 
Yuxunuzu dəyərləndirin
 
 - Əgər 1-dən 6-ya qədər olan suallardan ikisinə və ya daha çoxuna "Bəli" deyirsinizsə, sizdə yuxusuzluq ola bilər. Yuxusuzluq gecə yuxu əsnasında insanın yüzlərlə dəfə nəfəsinin dayandığı, ciddi ürək-tənəffüs problemləri yaradaraq, həyatı təhdid edə bilən xəstəlikdir və mütləq müalicə edilməlidir.
 
 - Əgər 7 - 10 arasındakı suallara iki və ya daha çox "Bəli" deyirsinizsə, sizdə narkolepsi (gün ərzində qarşısı alınmayan yuxuya dalma) adlı tibbi narahatlıq var.
 
 - Əgər 11, 12 və 13-cü suallara "Bəli" deyirsinizsə, periodik ayaq sıxılmaları və ya "narahat ayaq sindromu" kimi tanınan problem yaşayırsınız. Bu vəziyyət qan təzyiqini yüksəldən xəstəlik halları və ya bəzi nevroloji xəstəliklər zamanı ortaya çıxır və müalicə edilmədiyi təqdirdə yuxusuzluğa səbəb ola bilər.
 
 - Əgər 14, 15 və 16-cı suallara "Bəli" cavabını verirsinizsə, sizdə "parasomnia" adlı yuxuda gəzmək, danışmaq, gecə kabusları və ya diş qıcama əlamətləriylə ortaya çıxan narahatlıq ola bilər.
 
6 sualda yuxu problemi
 
1. Neçə dəqiqəyə yuxuya getməlisiniz?
 
30 dəqiqə ərzində yuxuya getmək, yuxu əsnasında tez-tez oyanmamaq, səhər yuxudan gümrah formada oyanmaq insanın sağlam yuxu yatdığının ən əhəmiyyətli göstəriciləridir.
 
2. Gündə 8 saat yatmaq şərtdirmi? 
 
"Gündə 8 saat yatmaq vacibdir" inancı mütəxəssislər tərəfindən düzgün hesab edilmir. Həkim Firuz Çelikoğlu bunun ümumi bir müddət olduğunu deyir. Bəzi insanlar yuxularını 4 saatda da ala bilərlər. Əhəmiyyətli olan səhər yataqdan dinc qalxmaqdır.
 
3. Keyfiyyətsiz yuxu nələrə səbəb olur?
 
 Bu, qəza törətmək təhlükəsi, tez-tez xəstələnmək, əsəbi və davakar olmaq kimi xüsusiyyətlər yaradır.
 
4. Xərçənglə yuxusuzluq arasında bir əlaqə varmı?
 
Xərçənglə immun sistemi arasında bir əlaqə olduğu deyillir. Yuxusuzluqdan qaynaqlanan immunitet sistemi zəif bədəni müdafiəsiz edərək, başda xərçəng olmaqla bir çox xəstəliyə "dəvətnamə" yollayır. Bununla yanaşı siqaret, narkotik, spirtli içkilər və piylənmənin də yuxusuzluq üzərində mənfi təsirləri olduğu sübut edilib.
 
5. Yuxu problemi yaşayan peşə insanları hansılardır?
 
Yuxusuzluq problemi bəzi peşə qruplarından olan insanlarda daha çox rast gəlinir. Bu baxımdan polislər, həkimlər, media işçiləri və pilotlar ən çox yuxusuzluq yaşayan peşə qrupu mənsubları arasındadır.
 
6. Nə zaman həkimə getmək lazımdır?
 
Yuxusuzluğunuz 3 həftədən uzun davam edirsə, demək, bu problem müvəqqəti deyil. Ona görə də tibbi baxımdan həll edilməsini göstərən psixoloji bir problem olduğuna işarədir.
 
Yuxusuzluğun mümkün səbəbləri
Yuxu tənəffüs pozuqluğu (xoruldama, yuxusuzluq)
Xərçəng, anemiya, astma kimi bəzi sistematik xəstəliklər
Psixoloji narahatlıqlar
Ağrıya səbəb olan problemlər
Əlverişsiz iş saatları
Tez-tez səyahət etmə
Ekologiya, yataq otağı, yataq rahatlığı kimi xarici faktorlar
Yaxşı havalandırılmayan yataq otağı
Eyni saatlarda yatmamaq
Yumşaq olmayan, sərt yataq
Yuxunun səssiz bir mühitdə reallaşması
Otağın qaranlıq olması
Yatmağa yaxın yemək yeməmək
Yatmazdan əvvəl içki içməmək kimi faktorlar yuxu keyfiyyətini artıraraq yuxusuzluğu azaldan səbəblərdir.
 
Gecə tez-tez oyanırsınızsa, mütləq həkimə müraciət edin
 
Yuxu problemləri yaşayan insanların çoxu həkimə getməyə ehtiyac duymur. Mütəxəssislər bildirilər ki, problemləri  vaxtında aşkarlamaq çox əhəmiyyətlidir. Yorğunluq, xoruldama, gecə yuxudan oyanmaq və gündüzlər yuxulamaq hallarına ciddi yanaşmamaq gələcəkdə qarşısını ala bilməyəcəyiniz xəstəliklərə səbəb olar. Odur ki, bu problemi yaşayan insanlar mütləq həkimə müraciət etməlidirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/492890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR