Azərbaycanda poliklinikaların sayı artırılır

Azərbaycanda poliklinikaların sayı artırılır
08:12 28 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ambulator-poliklinika yardımı göstərən müəssisələrin sayı artırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası"nın layihəsində qeyd olunub.

Layihəyə görə, ölkədə xəstəxanaların sayı və onların çarpayı fondu optimallaşdırılacaq. Bütün ölkə üzrə səhiyyə sahəsində coğrafi məlumat sistemi yaradılacaq.

Layihədə qeyd edilir ki, səhiyyə formalarının idarəolunmasının mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş formaları müəyyən ediləcək. Bundan başqa, ilkin səhiyyə səviyyəsində göstərilən xidmətlərin həcmi genişləndiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR