"Yeni Üfüq" multikultural dəyərlərə dair tədbir keçirib

"Yeni Üfüq" multikultural dəyərlərə dair tədbir keçirib
09:09 28 Noyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Azərbaycan xalqının multikultural və tolerant dəyərlərinin cəmiyyətdə təbliği” adlı növbəti tədbirini Bakıda keçirib. Birlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, dini və milli dözümlülüyün qorunması Azərbaycan dövlətinin ən böyük uğurudur: “Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi də Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir. 

 

Milli mənafelərimizin qorunmasının ən əsas prinsiplərindən biri də tolerant dəyərlərin mühafizə edilərək, yaşadılmasından keçir. Çünki bu dəyərlərin yaşadılması ölkənin inkişafı və dirçəlişi deməkdir”.

 

S. Əzimbəyli qeyd edib ki, bu gün dünyada Azərbaycan dövlətinin multikultural və tolerant siyasəti nümunə olaraq qəbul olunur: “Lakin ölkəmizdə bir qrup radikal təfkirçi qüvvələrin vaxtında zərərsizləşdirilməsi üçün hər bir ölkə vətəndaşı dövlətin yanında olmağa borcludur”.

 

Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi verilib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR