Maştağa sakini 12 bıçaq zərbəsi ilə qətlə yetirilib

Maştağa sakini 12 bıçaq zərbəsi ilə qətlə yetirilib
09:37 28 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda 23 yaşlı oğlan bıçaqlanaraq öldürülüb.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğluna 12 bıçaq zərbəsi vurulub. K.Quliyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mastaga-sakini-12-bicaq-zerbesi-ile-qetle-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR