Liderlərin mübarizəsi: 40-cı duel

Liderlərin mübarizəsi: 40-cı duel
09:47 28 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında XIII tur mərkəzi oyunla tamamlanacaq. Fanat.Az xəbər verir ki, noyabrın 29-da keçiriləcək qarşılaşmada çempionatın liderləri “Qəbələ” və “Qarabağ” üz-üzə gələcək. 


UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçıları qış çempionunun müəyyənləşməsi baxımından çox böyük əhəmiyyətə malik duelə çıxacaq. Bakıdakı “Azərsun Arena”da baş tutacaq qarşılaşmada komandalar tarixlərində 40-cı dəfə üz-üzə gələcək.


Yubiley duelinin iştirakçıları 58 gündən sonra yenidən münasibətlərini aydınlaşdıracaq. Oktyabrın 2-də Qəbələdəki görüşdə 2 cavabsız qolla qalib gələn “qırmızı-qaralar” məhz həmin qələbə sayəsində şəxsi oyunlardakı üstünlüklə Premyer Liqanın lideridir.


Ümumilikdə isə rəqiblər ilk dəfə 2006-cı il avqustun 20-də qarşılaşıb. 10 il ərzində “Qəbələ” və “Qarabağ” 33 dəfə Premyer Liqada, 6 dəfə Azərbaycan kubokunda üz-üzə gəliblər. Baş tutan matçlarda “Qəbələ” 9, “Qarabağ” 15 qələbə qazanıb. “Qırmızı-qaralar” səfərdən 3 xalla dönsə, yubiley – 10-cu qələbəni qeyd edəcək. Digər 15 matçda isə heç-heçə qeydə alınıb. 84 qolun vurulduğu duellərdə “qırmızı-qaralar” 36, “ağ-göylər” 48 dəfə fərqlənib.


Premyer Liqadakı 33 matçda isə 75 top vurulub. 8 qələbəsi olan “Qəbələ” 31, 15 dəfə 3 xal qazanan “Qarabağ” 44 dəfə rəqib qapısına yol tapıb. 10 matçda isə hər komanda 1 xal əldə edib. Komandalar 20-ci dəfə “Qarabağ”ın qonağı olacaq “Qəbələ” səfərdə 4 qələbə əldə edib. “Qırmızı-qaralar” rəqib meydanında 7 heç-heçə edib və 8 dəfə uduzub. Meydan sahiblərinin 21 qoluna komandamız 17 dəfə cavab verib.


“Qəbələ”nin “Qarabağ”la matçlardakı ən məhsuldar futbolçusu Dododur. Braziliyalı rəqib qapısına 5 top vurub. Viktor Mendi isə ağdamlıları 4 dəfə məyus edib. 4 oyunçumuz - İqor Melnik, Kənan Kərimov, Samir Zərgərov və Sergey Zenyov isə bu duellərdə hərəyə 2 dəfə fərqləniblər. 18 futbolçu hərəyə 1 dəfə qol sevinci yaşayıbsa, bir dəfə də rəqib oyunçu – Namiq Ələsgərov avtoqol müəllifi olub.



“Qəbələ” – “Qarabağ”: Bütün oyunlar


2006/07. Premyer Liqa
20.08.2006. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2
Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88
2006/07. Premyer Liqa
22.02.2007. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2
Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81
2007/08. Premyer Liqa. 
06.10.2007. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Bokunqu Fiston, 61 - Aslan Kərimov, 13, Qoqa Beraya, 52
2007/08. Premyer Liqa
13.04.2008. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Kənan Kərimov, 8, Aslan Kərimov, 56 - Vladimir Taranu, 80
2008/09. Premyer Liqa
20.09.2008. Qəbələ - Qarabağ (Ağdam) - 1:2 
Kənan Kərimov, 78 - Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85
2008/09. Premyer Liqa
15.03.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2009/10. Premyer Liqa
23.09.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2009/10. Premyer Liqa
06.12.2009. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Tomaş Stolpa, 52 (p.) - Rəşad Sadiqov, 78
2009/10. Premyer Liqa
21.03.2010. Qəbələ - Qarabağ (Ağdam) - 3:1
Paulino Lopes Tavares, 49; İqor Melnik, 73; 84 - Georgi Adamiya, 43
2009/10. Premyer Liqa
24.04.2010. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Rauf Əliyev, 10 - Kənan Kərimov, 18 (p.)
2010/11. Premyer Liqa
25.09.2010. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Deon Barton, 57; Branimir Subaşiç, 72 - Emin İmaməliyev, 83
2010/11. Premyer Liqa
13.02.2011. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Rauf Əliyev, 15; Georgi Adamiya, 63; Əfran İsmayılov, 75
2011/12. Premyer Liqa
27.08.2011. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Viktor Mendi, 37
2011/12. Premyer Liqa
21.12.2011. Qəbələ - Qarabağ (Ağdam) - 0:0
2011/12. Azərbaycan kuboku
14.03.2012. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Viktor Mendi, 41; Dodo, 65 - Rauf Əliyev, 46; Muarem Muarem, 90
2011/12. Premyer Liqa
18.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
İlqar Qurbanov, 90+1 - Viktor Mendi, 16
2011/12. Azərbaycan kuboku
28.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2011/12. Premyer Liqa
14.04.2012. Qəbələ - Qarabağ (Ağdam) - 1:0
Yannik Kamanan, 70
2012/13. Premyer Liqa
31.10.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Muarem Muarem, 59 - Rəşad Abdullayev, 32; Dodo, 34
2012/13. Premyer Liqa
10.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Luka Zinko, 41 - Riçard Almeyda, 55 (p.)
2012/13. Azərbaycan kuboku
27.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Dodo, 33 - Vüqar Nadirov, 56
2012/13. Azərbaycan kuboku
07.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2012/13. Premyer Liqa
30.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 1:0
Riçard Almeyda, 39
2012/13. Premyer Liqa
28.04.2013. Qəbələ - Qarabağ (Ağdam) - 0:2
Reynaldo Silva, 69; 77
2013/14. Premyer Liqa
25.08.2013. Qəbələ – Qarabağ (Ağdam) - 0:1
Vüqar Nadirov, 16
2013/14. Premyer Liqa 
03.11.2013. Qarabağ – Qəbələ - 4:3
Nikolos Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Çumbinyo, 65 - Lorenso Ebesilio, 71, Leonardo da Silva, 77, Dodo, 85
2013/14. Premyer Liqa 
08.02.2014. Qəbələ – Qarabağ - 0:1
Reynaldo Silva, 74
2013/14. Azərbaycan kuboku
13.03.2014. Qəbələ - Qarabağ (Ağdam) - 0:0
2013/14. Azərbaycan kuboku 
19.03.2014. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Reynaldo Silva, 60 - Daniel Subotiç, 45+1; Viktor Mendi, 81
2013/14. Premyer Liqa 
30.03.2014. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Marinaldo Silva, 48, Reynaldo Silva, 65, 87
2014/15. Premyer Liqa
17.10.2014. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Vüqar Nadirov, 45+2, Reynaldo Silva, 89-p.
2014/15. Premyer Liqa 
14.12.2014. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Bəxtiyar Soltanov, 46, Dodo, 60 - Namiq Ələsgərov, 23
2014/15. Premyer Liqa 
28.02.2015. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Namiq Ələsgərov, 45 (öz qapısına)
2014/15. Premyer Liqa 
02.05.2015. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Reynaldo, 55 - Cavid Hüseynov, 90-p.
2015/16. Premyer Liqa 
10.08.2015. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Sergey Zenyov, 32, Samir Zərgərov, 87 - Riçard Almeyda, 62 (p.), 83
2015/16. Premyer Liqa 
19.12.2015. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Əfran İsmayılov, 79 - Ermin Zets, 4
2015/16. Premyer Liqa 
19.03.2016. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Sergey Zenyov, 17 - Migel Madera, 9, Mahir Mədətov, 72
2015/16. Premyer Liqa 
11.05.2016. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Dani, 17, 32
2016/17. Premyer Liqa 
02.10.2016. Qəbələ - Qarabağ (Ağdam) - 2:0
Filip Ozobiç, 11; Baqali Dabo, 14



gabalafc.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-liderlrin-mubarizsi-40-c-duel-t54507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR