Maştağada QƏTL: 12 bıçaq zərbəsi vuruldu

Maştağada QƏTL: 12 bıçaq zərbəsi vuruldu
09:52 28 Noyabr 2016
231 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 23 yaşlı oğlan bıçaqlanaraq öldürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğluna 12 bıçaq zərbəsi vurulub. K.Quliyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR