Bakıda evli qadına zəng edən şəxs bıçaqlanıb

Bakıda evli qadına zəng edən şəxs bıçaqlanıb
10:17 28 Noyabr 2016
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda 35 yaşlı kişi bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yeni Yaşayış massivində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Cumayev Sahib Rafiq oğlu yaşadığı evin yaxınlığında belinin arxa nahiyəsindən iki bıçaq xəsarəti alıb. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Məlumata görə, S.Cumayev səhvən evli qadına zəng vurub. Onun bu zənginə qadının həyat yoldaşı cavab verib. S.Cumayev isə yaşadığı evin ünvanını söyləyib. Qadının həyat yoldaşı tanışları ilə birlikdə onu evdən çölə çağırıb. S.Cumayevin üzünə bir sillə vurulub, qadının əri isə ona bıçaqla xəsarət yetirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR