İranın nüvə proqramı Qazaxıstanda müzakirə ediləcək

İranın nüvə proqramı Qazaxıstanda müzakirə ediləcək
10:22 28 Noyabr 2016
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ ”İranın atom-nüvə proqramı ilə bağlı məsələ 2017-ci ilin sentyabrında Qazaxıstanda müzakirə ediləcək”.
“Report” “RİA Nosvosti”yə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov ölkəsinin müstəqilliyinin 25-ci ildönümünə həsr olunan tədbirdə bildirib.
XİN başçısı deyib ki, gələn ilin sentyabrında Qazaxıstanda “altılıq”la (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin- “Report”) İran arasında sülh və razılığa nail olmaq üçün nüvə proqramı üzrə iki mərhələli müzakirə keçiriləcək.
O qeyd edib ki, Qazaxıstan keçmiş Sovet İttifaqından qalma nüvə silahından imtina edən ölkə kimi regionda və dünyada nüvə təhlükəsizliyinin təmin olunması istiqamğtində səylərini davam etdirir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR