ABŞ-ın Suriya planı açıqlandı

ABŞ-ın Suriya planı açıqlandı
10:33 28 Noyabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika administrasiyası loyal müxalifət və radikal müsəlmanlar arasında sərhəd qoyulmasına əvəz olaraq Suriya böhranı üzrə Rusiya ilə razılaşmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “The Washington Post” yazıb.

Nəşrin məlumatına görə, dövlət katibi Con Kerri Moskva ilə sazişin bağlanması üçün inanılmaz diplomatik səylərə təşəbbüs edir. “The Washington Post” bildirir ki, Kerrinin fəallığı yalnız Suriyadakı humanitar böhranla bağlı deyil, həm də ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Rusiya ilə mümkün razılaşmasının qarşısının alınması ilə bağlıdır.

Donald Trampın Moskva ilə razılaşa biləcəyi deyilir. Gözləntilərə görə, o, Suriya müxalifətini taleyin ümidinə buraxacaq və Suriya prezidenti Bəşər Əsədi dəstəkləyəcək.

Qəzet qeyd edir, Kerri həftədə iki dəfə Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla zəngləşir. Vaşinqton həmçinin danışıqlara Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İranı qoşmağı planlaşdırır.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR