Komitə sədri: "Azərbaycanda müsəlmanların 70 faizi şiə, 30 faizi əhli-sünnədir"

Komitə sədri: "Azərbaycanda müsəlmanların 70 faizi şiə, 30 faizi əhli-sünnədir"
10:52 28 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ "Azərbaycanda xristianlığın dini cərəyanlarından daha çox islamın radikal cərəyanlarının təhlükə törətmək ehtimal var".
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Azərbaycanda əhalinin 96 faizi müsəlman, 4 faizi isə digər dinlərin nümayəndələridir: "96 faizin də 70 faizi şiə, 30 faizi əhli-sünnədir. Amma bu faizi dəqiq şəkildə demək də çətindir. Azərbaycanda tarixdə sünni-şiə problemi özünü ciddi şəkildə göstərməyib. Bu məsələni indi bəzi qüvvələr qabartmaq, qızışdırmaq istəyirlər".

Xəbərin orijinal ünvanı: https://report.az/din/komite-sedri-azerbaycanda-muselmanlarin-70-faizi-sie-30-faizi-ehli-sunnedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR