Ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs tutuldu
10:54 28 Noyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda ötən həftə ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

APA-nın cənub bürosunun xəbərinə görə,  Lənkəran sakini Fəqan İsmayılovun dünən gecə tutulduğu bildirilir.

 

 

Qeyd edək ki, noyabrın 22-də Lənkəran şəhərinin Şəhidlər xiyabanı 10 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev  və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti tapılıb.

 

Hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb.

 

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində onların öldürüldüyü qeyd olunub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR