"Azərişıq" transformator məntəqələrinin alınması üçün tender keçirir

"Azərişıq" transformator məntəqələrinin alınması üçün tender keçirir
10:57 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ “Azərişıq” ASC Asiya İnkişaf Bankının (ADB) maliyyələşdirdiyi Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı çərçivəsində birinci tranş üzrə əldə etdiyi vəsait hesabına iki lot üzrə tender elan edib. “Report” xəbər verir ki, iddiaçılar 600 manat yaxud 400 ABŞ dolları məbləğində iştirak haqqı ödəməlidir.
“Azərişıq”, sifarişçi olaraq lot-1 üzrə Qərb RETSİ-də 182 ədəd Komplekt Transformator Məntəqəsinin (KTM), lot-2 üzrə Şimal-Qərb RETSİ-də isə 160 ədəd KTM-in layihələndirilməsi, təchizatı və quraşdırılması üçün iştirak hüququna malik iddiaçıları təkliflərini təqdim etməyə dəvət edir və iddiaçılar hər iki lot üzrə iştirak edə bilərlər. Tender təkliflərinin təqdim edilməsi üçün son tarix 2017-ci il yanvarın 10-u saat 16:00 müəyyən edilib və tikinti müddəti 365 gündür.
Həmçinin, “Azərişıq” iddaçının seçiminə uyğun olaraq tender sənədlərinin kuryer vasitəsi ilə çatdırılması üçün əlavə 150 manat və ya 100 ABŞ dolları pul tələb edir.
Lot-1 üzrə tenderdə iştirak etmək istəyən iddiaçıların son 3 ildə minimal orta illik tikinti dövriyyəsi 13,65 mln. ABŞ dolları olmalıdır. Həmçinin, cari müqavilə öhdəliklərinin və bu müqavilə üzrə tələblərin yerinə yetirilməsi məqsədi ilə iddiaçı 3,03 mln. dollar məbləğində nağd pul vəsaitinə malik olmalıdır.
Son 5 il ərzində iddiaçı iştirak payı hər biri üçün 7,28 mln. dollardan artıq olan, uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqavilədə iştirak etməlidir.
Lot-2 üzrə müsabiqədə iştirak etmək istəyən şirkətlər də bir sıra əlavə üstünlüklərə malik olmalıdır.
Şərtlərə görə, iddiaçılar son 3 il ərzində minimal orta illik tikinti dövriyyəsi 12 mln. dollar, cari müqavilə öhdəliklərinin və bu müqavilə üzrə tələblərin yerinə yetirilməsi məqsədi ilə 2,67 mln. dollar məbləğində nağd pul vəsaitinə malik olduğunu nümayiş etdirməlidir. Bundan əlavə lot-2-nin iştirakçısı olmaq istəyən hüquqi şəxs son 5 ildə öz iştirak payı hər biri üçün 6,40 mln. dollardan artıq olan, uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqavilədə iştirak etməlidir.
Bundan əlavə, hər iki lot üzrə keçirilən tenderdə birlikdə iştirak etmək istəyən iddaçılar son 3 il ərzində minimal orta illik tikinti dövriyyəsi 25,65 mln. dollar cari müqavilə öhdəliklərinin və bu müqavilə üzrə tələblərin yerinə yetirilməsi məqsədi ilə iddiaçı 5,70 mln. dollar məbləğində nağd pul vəsaitinə malik olduğunu nümayiş etdirməlidir. Həmçinin, son 5 il ərzində pz iştirak payı hər biri üçün 13,67 mln. dollardan artıq olan, uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqavilədə iştirak etməlidir.
Tender təklifləri iddiaçıların nümayəndələrinin iştirakı ilə təkliflərin son təqdim etmə tarixindən dərhal sonra açılacaq.
Qeyd edək ki, Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramının birinci tranşının maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan ADB-yə müraciət edib. Ötən ilin mayın 5-də Bankın Direktorlar Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısı zamanı ADB ilə Azərbaycan hökuməti arasında "Azərişıq" ASC-nin fəaliyyətinin yaxşılaşdırılması üçün dəyəri 1 mlrd. dollarlıq investisiya müqaviləsi imzalanıb. Memorandumun şərtlərinə görə, bu vəsaitin 25%-ni Azərbaycan hökuməti, 75%-ni ADB təmin edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerisiq-transformator-menteqelerinin-alinmasi-ucun-tender-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR