Ramiz Əzizbəylinin xanımı: “Çox qorxuruq”

Ramiz Əzizbəylinin xanımı: “Çox qorxuruq”
11:18 28 Noyabr 2016
542 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, tanınmış rejissor Ramiz Əzizbəylinin səhhətində irəliləyiş yoxdur.

Bunu Publika.az-a açıqlamasında rejissorun xanımı Zümrüd Əzizbəyli deyib: “Ramizin səhhəti əvvəlki kimidir, müsbətə doğru heç bir irəliləyiş yoxdur. Nə nitqində dəiyşiklik var, nə də hərəkətlərində. Evdən bayra çıxa bilmir, yataq şəraitində olması onu çox darıxdırır. Özü də narahatdır, deyir ki, bəs nə vaxta qədər yorğan-döşəyə məhkum olunacağam. Onun sağalmasının bir yolu var-əməliyyat olunmalı və boyun damarları dəyişilməlidir. Amma şəkər xəstəliyinə görə, həkimlər buna risq etmir. Xarici ölkələrdə də bu əməliyyat mümkündür. Amma çox qorxuruq, Allah eləməmiş, ölümlə nəticələnə bilər”.

Z.Əzizbəyli rejissorun sənət dostlarının vaxtaşırı onun ziyarətinə gəldiyini deyib.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/177614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR