BANM-də “BP yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilib

BANM-də “BP yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilib
11:22 28 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “BP yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilib.
Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə BP-in işə qəbul üzrə məsləhətçisi Mehriban Şıxzamanova, işə qəbul üzrə koordinatoru Səbinə Vəliyeva və qazma mühəndisi Fərid Hüseynov bu qurumun yay təcrübəsi proqramını elan ediblər.
Tələbələrə təcrübə proqramı barədə məlumat verən S.Vəliyeva müraciət qaydaları, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. S.Vəliyeva bildirib ki, artıq üç ildir ki, BP şirkəti BANM-in tələbələri üçün belə imkanlar yaradır.
Sonra proqramın iştirakçıları olan BANM-in tələbələri Elşən Mikayılov, Əhməd Kələntərli və Ümid Tərlanlı BP-də olduqları müddətdə qazandıqları təcrübədən danışaraq təqdimatla çıxış ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, istehsalat təcrübəsi zamanı tələbələr komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə şirkətin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirirlər. Tələbələrin əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə dair heyət daxilində bütün tədbirlərdə iştirakı gözlənilir.
Beləliklə, BP şirkətində istehsalat təcrübəsi keçən tələbələr tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar, BP-in mühəndislik standartları, üsulları, istehsalat zamanı təhlükəsizlik və etika qaydaları ilə yaxından tanış olacaq və zəngin iş təcrübəsi əldə edəcəklər.








Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/banm-de-bp-yay-tecrubesi-2017-movzusunda-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR