Prezidentdən məşhur futbolçuya: "Öp məni"

Prezidentdən məşhur futbolçuya:   "Öp məni"
12:17 28 Noyabr 2016
90 İdman
Ölkə mətbuatı
A- A+

Fransa Liqa 1-nin Lion "Olimpik"i ilə PSJ arasında keçrilən oyunda Paris klubunun futbolçusu Hatem Ben Arfa keçmiş klubuna qarşı forma geyinib. Start heyətində yer alan futbolçu 65 dəqiqə meydanda qalıb və komandası 2:1 hesablı qələbə qazanıb.


Fanat.Az xəbər verir ki, Ben Arfa oyundan sonra müsahibə verərkən "Olimpik"in prezidenti Jeam Mişel-Aulasın ilginc istəyini yerinə yetirməyib. Belə ki, futbolçu kamera qarşısında olarkən sabiq klubunun prezidenti ona yaxınlaşıb və "Öp məni" deyib. Amma Ben Arfa "İndi müsahibə verirəm" deyərək bu istəyi yerinə yetirməyib.


Qeyd edək ki, Ben Arfa "Olimpik"in yetirməsidi. 2004-cü ildə komandanın əsas heyətinə yeksələn futbolçu 2008-ciədək Lion klubunda oynayıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prezidentdn-mhur-futbolcuya-t54516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR