ABŞ son 60 ildə ilk dəfə xalis qaz ixracatçısına çevrilib

ABŞ son 60 ildə ilk dəfə xalis qaz ixracatçısına çevrilib
12:22 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu ilin noyabr ayında ABŞ-da təbii qazın ixracı idxalın həcmini üstələyib. "Report"un "The Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, bu məlumatı energetika sahəsi üzrə statistik məlumatlar dərc edən "S&P Global Platts" şirkəti yayıb.
Məlumata görə, ABŞ noyabrda orta hesabla gündəlik 210 mln. kubmetr qaz ixrac edib, idxal isə 198 mln. kubmetr olub. Beləliklə, ABŞ son 60 ildə ilk dəfə xalis qaz ixracatçısına çevrilib. Bu, ABŞ-ın qaz hasilatında sıçrayış hesab olunur və ölkənin qlobal qaz bazarına təsirini artırıb.
Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığında karbohidrogen ixracına qoyulan əngəllərin aradan qaldırılacağını bildirib. Bu da önümüzdəki dönəmdə təklifin tələbi daha da üstələməsi nəticəsində neft-qaz qiymətlərini bir qədər azaldacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-son-60-ilde-ilk-defe-xalis-qaz-ixracatcisina-cevrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR