10 milyon insan bu xəstəlikdən öləcək – ŞOK TƏHLÜKƏ

10 milyon insan bu xəstəlikdən öləcək – ŞOK TƏHLÜKƏ
12:28 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“2050-ci ilə qədər antibiotiklərdən yaranan xəstəliklərə görə 10 milyon insan öləcək”.

Publika.az
xəbər verir ki, bu barədə Ankara Universitetinin Baytarlıq Fakültəsinin əməkdaşı, professor Ender Yarsan deyib.

Onun sözlərinə görə, antibiotik dərmanlar insanlarla müqayisədə heyvanların müalicəsində iki dəfə çox istifadə olunur: “Bu da ət, süd və qidalar vasitəsilə insan orqanizminə keçir. İnsanlarda olduğu kimi, heyvanların müalicəsində də antibiotiklər reseptsiz satılmamalıdır. Araşdırmalar göstərir ki, 2050-ci ilə qədər antibiotik dərmanların yaratdığı xəstəlilərdən 10 milyon insan öləcək”.

E.Yarsan qeyd edib ki, Avropa İttifaqı ölkələrində hər il ən azı 25 min insan antibiotik dərmanların yaratdığı xəstəlikdən ölür.

“Antibiotiklər heyvanlara infeksiyaları öldürmək, ət və süd məhsullarını artırmaq üçün verilir. Bu zaman məhv olmayan bakteriyalar ətə, südə və digər məhsullara keçərək, insanın orqanizminə yayılır. ABŞ artıq toyuqlara verilən antibiotikləri qadağan edib”.

Qeyd edək ki, antibiotiklərin Dünya Səhiyyə Təşkilatı, Amerika Dərman Qurumu və bir çox ölkənin səhiyyə təşkilatları tərəfindən insan həyatı üçün təhlükəli olduğu qeyd olunur.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/177627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR