Rusiyada Göyçay sakini itkin düşüb

Rusiyada Göyçay sakini itkin düşüb
12:29 28 Noyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada Azərbaycan vətəndaşı itkin düşüb. Lent.az-ın məlumatına görə, noyabrın 8-dən Göyçay rayon sakini Zeynalov Elşən Ağaveyis oğlundan xəbər yoxdur. Həmin gündən onun telefonuna zəng çatmır.

Elşəni sonuncu dəfə Ryazan şəhərində kafelərin birində görüblər. Həmin kafedə həmyerlilərinə bildirib ki, Ulyanovsk şəhərinə, tərəvəz gətirməyə gedəcək. Noyabrın 8-də yaşadığı evin Valya adlı sahibəsi ilə vidalaşaraq evdən gedib.  Və həmin gündən ondan xəbər yoxdur.

Elşən Zeynalovun qardaşı Elxan hazırda onun axtarışı üçün Rusiyadadır. Amma hələ ki qardaşıyla bağlı bir məlumat ala bilməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR