Putin məmur akademikləri işdən qovdu

Putin məmur akademikləri işdən qovdu
12:33 28 Noyabr 2016
105 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin prezident administrasiyası, Federal Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin bir sıra əməkdaşlarını işdən çıxarıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kreml mətbuat xidmətindən bildirilib.

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısının qərarı məmurların Rusiya Elmlər Akademiyasına seçilməsi ilə bağlıdır. Ötən həftə Vladimir Putin xatırladı ki, 2015-ci ilin sonunda hakimiyyətin nümayəndələrindən Rusiya Elmlər Akademiyasına seçkilərdə iştirakdan çəkinməyi xahiş edib. Dövlət başçısı Rusiya Elmlər Akademiyasının tərkibinə seçilmiş məmurlara yalnız elmi fəaliyyətlə məşğul olmaq üçün imkan yaradacağını bildirib.

Vəzifəsindən uzaqlaşdırılanlar arasında Federal Təhlükəsizlik Xidmətinin arxiv fondlarının idarə rəisi general-leytenant Vasiliy Xristoforov, Müdafiə Nazirliyinin Əsas hərbi-tibb idarəsinin müdiri Aleksandr Fisun və Daxili İşlər Nazirliyinin istintaq departamentinin müdiri Aleksandr Savenkov da var.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR