Azərbaycanda daha 115 əmlak hərraca çıxarılıb

Azərbaycanda daha 115 əmlak hərraca çıxarılıb
12:37 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 27-də dövlət əmlakının özəlləşdirilməsi üzrə yeni hərrac keçəcək.
"Report"a Komitədən verilən məlumata görə, bu hərracda 115 dövlət əmlakı özəlləşməyə çıxarılıb. Budəfəki hərracda vətəndaşlara 24 səhmdar cəmiyyəti, 57 istifadəsiz qeyri-yaşayış sahəsi, 24 kiçik dövlət müəssisə və obyekti, həmçinin 10 nəqliyyat vasitəsini özəlləşdirmək təklif olunur. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri əksəriyyəti paytaxtda olmaqla Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Balakən və digər bölgələrdə yerləşir. Özəlləşdirilməyə çıxarılan bir çox əmlak torpaq sahəsi və üzərindəki tikili ilə birgə iddiaçılara təklif olunur. Balakəndə yerləşən və 37 602,5 kv.m torpaq sahəsi olan əmlak kompleksinə ən yüksək qiymət - 1,43 mln. manat təyin olunub. Paytaxtda isə ən yüksək ilkin qiymətə 2 dövlət əmlakı – Binəqədi və Səbail rayonunda yerləşən istifadəsiz qeyri-yaşayış sahələri təklif olunur. Müvafiq olaraq bu əmlaklar 468,4 min manat və 460 min manat satış qiyməti ilə hərraca çıxarılıb. Paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 442 min manata, Xəzər rayonundakı “Lalə” şadlıq evi isə 356 min manata təklif olunur. Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin 55-i paytaxtda, 1-i Yevlaxda, digəri isə İsmayıllıda yerləşir.
Budəfəki hərracda 24 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Bu səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Sabunçu Ticarət Təchizat”, “Tovuz Məişət”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Xətai Ticarət-108”, “Xırdalan Yük Nəqliyyat”, “Zabrat Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-daha-115-emlak-herraca-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR