Türk aktrisanın sevişmə görüntüləri yayıldı - FOTO

Türk aktrisanın sevişmə görüntüləri yayıldı - FOTO
12:42 28 Noyabr 2016
891 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Duvara Karşı" filmi ilə məşhurluq qazanan Sibel Kekilli məhkəməyə müraciət edib.

Milli.Az sözcü-yə istinadən xəbər verir ki, filmdəki açıq-saçıq səhnələri internetdə yayılan Sibel Kekilli bunu edənləri cəzalandırmaq fikrindədir.

Xatırladaq ki, türk əsilli alman aktrisa Sibel Kekilli 2004-cü ildə "Duvara Karşı" filmi ilə Berlin Film Festivalında "Qızıl ayı" mükafatını qazanmışdı.

Filmdəki sevişmə səhnələrini internetdə yayan, ona "pornoçu" deyənlərə iddia açan Sibel Kekilli aradan 12 il keçməsinə baxmayaraq bu xoşagəlməz olaydan qurtula bilməyib.

36 yaşlı aktrisa sonunda çarəni vəkil tutmaqda tapıb. Sibel Kekilli filmdəki o görüntüləri başqa məqsədlər üçün istifadə edən saytlara iddia açaraq çılpaq kadrlarını internetdən çıxartdırmaqda israrlıdır.

Təhməz Təkin
Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR