Braziliya klubu 22 ildən sonra yenidən çempion olub

Braziliya klubu 22 ildən sonra yenidən çempion olub
12:42 28 Noyabr 2016
91 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Braziliyanın "Palmeyras" klubu 22 illik fasilədən sonra ölkə çempion olub. "Report"un məlumatına görə, San-Paulu təmsilçisi A Seriyasının başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Komanda 37-ci turda "Şapekoense" ilə ev oyunundan qalib ayrılıb - 1:0. Belədə komanda ən yaxın izləyicisi "Flamenqo"nu 7 xal qabaqlayıb.
Qeyd edək ki, "Palmeyras" ölkə çempionatında sonuncu dəfə 1994-cü ildə çempion olub. "Ağ-yaşıllar" ümumilikdə 9 dəfə qızıl medallara sahib çıxıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/braziliya-klubu-22-ilden-sonra-yeniden-cempion-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR