Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt ləğv ediləcək?

Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt ləğv ediləcək?
12:52 28 Noyabr 2016
102 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə elan olunan fövqəladə vəziyyət rejiminin ləğv ediləcəyi ilkin tarix məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumdan öncə fövqəladə vəziyyət rejiminin aradan qaldırılacağını bildirib.

Baş nazir qeyd edib: "15 iyul dövlət çevrilişinə cəhddən sonra 21 iyulda elan olunan, 19 noyabrda isə 90 gün müddətinə uzadılan fövqəladə vəziyyət rejimi referendumdan əvvəl aradan qaldırılacaq.

Kiminsə "Fövqəladə vəziyyət rejimi altında referendum keçirildi" deməsinə şərait yaratmayacağıq. Bu səbəbdən də fövqəladə vəziyyət rejiminin referendum öncəsi ləğv ediləcəyini düşünürəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR