"Xocalı soyqırımını ilə bağlı qanun layihəsi bütövlükdə beynəlxalq hüquq üçün əhəmiyyətlidir"

"Xocalı soyqırımını ilə bağlı qanun layihəsi bütövlükdə beynəlxalq hüquq üçün əhəmiyyətlidir"
12:57 28 Noyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün xüsusi qanun layihəsinin hazırlanması və konsepsiyasının irəli sürülməsi təkcə qanunvericilik üçün yox, bütövlükdə beynəlxalq hüquq üçün əhəmiyyətlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatı zamanı deyib.

Ə.Hüseynli qeyd edib ki, beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı xüsusi qanun layihəsinin hazırlanması aktualdır. Onun sözlərinə görə, Azərbaycan dövləti Xocalı soyqırımının araşdırılması üçün hüquqi müstəvidə çox ciddi addımlar atıb.

Komitə sədrinin sözlərinə görə, Hərbi Prokurorluq Xocalı faciəsi ilə bağlı cox ciddi araşdırmalar aparır və demək olar ki, hər il bu hadisə ilə bağlı yeni məlumatlar əldə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR