"Sumqayıt" klubunun qış hazırlıq planı müəyyənləşib

"Sumqayıt" klubunun qış hazırlıq planı müəyyənləşib
13:27 28 Noyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" klubunun qış hazırlıq planı müəyyənləşib. Klub prezidenti Kamran Quliyev "Report"a açıqlamasında komandanın Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlarını bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda yanvarın ikinci ongünlüyündə Türkiyəyə üz tutacaq: "Çox güman ki, keçən il olduğu kimi, Antalyaya, qaldığımız həmin məkana üz tutacağıq. Orada çox yaxşı şərait var. Ancaq yoxlama oyunları üçün rəqiblər toplanışa yaxın bilinəcək. Hazırlıq prosesinin 10 - 20 yanvarda olacağı gözlənilir. Hansı komandalarla qüvvəmizi sınayacağımız yanvarın əvvəlinədək bilinəcək. Rəqibi müqavilə bağladıqdan sonra açıqlayacağıq".
Qeyd edək ki, dekabrın 29-da Premyer Liqada 2016-cı ilin son turunun oyunları keçiriləcək. Mövsümün ikinci yarısına isə fevralın 3-də start veriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-klubunun-qis-hazirliq-plani-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR