Səməd Seyidov: "Ermənistan məhkəməyə çağırılmalıdır"

Səməd Seyidov: "Ermənistan məhkəməyə çağırılmalıdır"
13:27 28 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan Ermənistan məhkəməyə çağırılmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatı zamanı deyib.

S.Seyidov qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi gedir:

"Biz bu gün şəhidlər veririk. Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan bu gün beynəlxalq təşkilatların fəal üzvlərindən biridir. Görün, nə dərəcədə çətinlik var. Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan ölkə məhkəməyə çağırılmalıdır. Biz heç nədə gecikməmişik".

S.Seyidov qeyd edib ki, gələcəkdə Azərbaycanın torpaqları danışıqlar prosesi, yaxud başqa bir yolla qaytarıldıqdan sonra mütləq bütün cinayətkarları məhkəməyə vermək lazımdır:

"Amma bu gün reallıqdan çıxış edərək bildirirəm ki, BMT-nin 4 qətnaməsinin icrası ilə bağlı problemlər yaşadığımız halda, beynəlxalq cinayət məhkəməsinə müraciət etmək və orada siyasi prosesləri tamamilə kənarlaşdırıb ədaləti axtarmaq çox çətin və mürəkkəb bir məsələ olardı".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR